“İnter”in 1097 günlük seriyası qırıldı
19.07.2013 - 08:33
Bakı “İnter”inin qitə miqyaslı turnirdə uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu 3 ildən sonra Avropada qol buraxmadan uduzub. Bu, Avropa Liqasının II təsnifat mərhələsində Norveçdə “Tromse”yə 0:2 hesablı məğlubiyyətlə gerçəkləşib.
Əslində, Kaxaber Sxadadzenin yetirmələri bunadək 2 dəfə mübarizəni dayandırsa da, həm 2010-cu ildə Çempionlar Liqasında Polşanın “Lex”, həm də ötən il Avropa Liqasında Yunanıstanın “Asteras” klubuna səfərdə matç sonrası penaltilər seriyasında yenilmişdi. Yəni bakılılar sonuncu dəfə oyunda 2010-cu ilin iyulun 17-də, 1097 gün öncə Tofiq Bəhramov adına Respublika stadionunda “Lex”ə 0:1 hesabı ilə uduzmuşdu. Maraqlıdır ki, bu dəfə məğlubiyyət 1 gün sonra – iyulun 18-də gerçəkləşdi. Komandamız bundan sonra Avropada keçirdiyi 6 oyunun hamısında meydanı qolsuz tərk etməmişdi. Bu müddətdə 13 top vuran “İnter”in qol seriyası 7-ci matçında qırıldı.
Qeyd edək ki, Azərbaycan klubları bunadək Norveçlə 1 dəfə üzləşərək, Avropa Liqasında “Qarabağ”la mübarizədən qalib ayrılıb. Bu, məşhur “Rusenborq”la matçlar idi ki, onda səfərdə qolsuz heç-heçə edən ağdamlılar öz meydanında Rəşad Sadıqovun vurduğu yeganə qolla qalib gəlmişdi – 1:0.

0
0