“Tromse”nin baş məşqçisi: “İnter”i kənarlaşdırmağımıza hələ çox var
19.07.2013 - 10:06
“Tromse”nin baş məşqçisi: “İnter”i kənarlaşdırmağımıza hələ çox var
“Bakıdakı isti hava bizi qorxutmur. Biz analoji şəraitdə Sloveniyada “Olimpiya”, İspaniyada “Atletik”lə, Macarıstanda “Pakş”la oynadığımızdan hazırlaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen deyib.

Avropa Liqasının II təsnifat mərhələsində öz meydanında “İnter”ə 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən norveçli mütəxəssis Bakıya səfərdə üzləşəcəkləri yüksək temperaturdan çəkinmir: “Klubumuzda yaxşı tibbi şərait var. Biz əvvəldən elə iş görürük ki, hər şey dübbədüz gedir. Biz yenə də “İnter”ə hörmətlə yanaşırıq. Şübhəsiz ki, hələ mərhələdə mübarizə bitməyib. Qalibə aydınlıq gəlməsinə hələ çox var”.

Qeyd edək ki, “İnter” norveçlilərlə cavab oyununda iyulun 25-də “Bayıl Arena”da üzləşəcək.