Usim Nduka da Türkiyə klubunda
19.07.2013 - 10:28
Andrey Popoviçin ardından daha bir milliləşdirilmiş futbolçu “Tavşanlı Linyitspor”da çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci dəstə klubu nigeriyalı Usim Nduka ilə anlaşıb.
AZAL-dan ayrıldıqdan sonra “İnter”lə danışıqlar aparan, ancaq keçidi baş tutmayan millimizin sabiq müdafiəçisi sabah yeni klubunun bazasında menecer Abdullah Duranla görüşəcək və müqavilə bağlayacaq.
Qeyd edək ki, bununla “Tavşanlı Linyitspor” da “Dənizlispor” kimi türk statusu ilə 2 Azərbaycan vətəndaşlığı olan futbolçunun xidmətindən yararlanmış olacaq.

0
0