“İnter”in rəqibində Bakıya səfər öncəsi istirahət
19.07.2013 - 10:41
“İnter”in rəqibində Bakıya səfər öncəsi istirahət
“İnter”in Avropa Liqasında rəqibi “Tromse” son 1 aydakı gərgin qrafikdən yaxa qurtarır. Apasport.az saytının məlumatına görə, axır 1 ayda 8 oyun keçirməyə məcbur Norveç klubu qısa müddət də olsa dincəlmək imkanı qazanır.

Belə ki, bəzi zədəli, cəzalı futbolçuları olan komandanın baş məşqçisi Aqnar Kristensen Bakıya səfər öncəsi hazırlığa ara verib: “Bizim bu həftənin sonuna oynamağımız çox şey demək olmasa da, futbolçulara bu istirahət günlərindən istifadə etmək imkanı yaradılacaq. Onlar ya ailələri, ya da dost-tanışları ilə ola bilərlər. Ümid edirəm ki, onlar yaxınları ilə vaxt keçirməkdən həzz alaraq, enerji toplayacaqlar. Hazırda klubun ətrafında psixoloji təzyiq var. Ancaq “İnter”lə ev oyunumuz ideal oldu və Avropada keçirdiyimiz həyəcan sadəcə, böyük zövqdür”.

Qeyd edək ki, öz meydanında 2:0 hesabı ilə qalib gələn norveçlilərin Bakıya cavab oyunundan 2 gün öncə - iyulun 23-də gələcəkləri gözlənilir.