“Sumqayıt”a lazım olmadı, “Fəthiyəspor”a keçdi
19.07.2013 - 10:57
“Sumqayıt”a lazım olmadı, “Fəthiyəspor”a keçdi
Ötən mövsümü “Sumqayıt”da keçirən türkiyəli futbolçu Taner Taktak vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Türkiyənin I liqasının debütantı olan “Fəthiyəspor”a keçib. Onunla 2 illik müqavilə imzalanıb.

Taner ötən yay ölkəmizə gələnə kimi Belçikanın 2-ci liqasında, Almaniyada “Fortnuda”da, Türkiyədə isə “Gənclərbirliyi” ilə “Hacettepe”də oynayıb. Aşağı yaş qruplarından ibarət yığmalarda 46 oyun keçirən Taktak müqaviləsi uzadılmayan “Sumqayıt”ın heyətində çempionatımızda 20 matçda meydanda olub. 1315 dəqiqə oynayan futbolçu 1 qol vurub, 3 sarı, 2 qırmızı vərəqə alıb.