Tacikistan millisinin müdafiəçisi AZAL-da tarixə düşür
19.07.2013 - 12:02
Tacikistan millisinin müdafiəçisi AZAL-da tarixə düşür
AZAL Tacikistan milli komandasının futbolçusu Sahib Savankulovu baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, müdafiəçi I dəstə təmsilçisi “Neftçala”ya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qol vurub.

Düşənbənin “İstiqlal” klubundan gələn 24 yaşlı müdafiəçi sınaqdan uğurla keçərək, AZAL-ın məşqçilər korpusunun diqqətini cəlb edib. Onunla qarşıdakı günlərdə müqavilə imzalanaraq, keçidi rəsmiləşəcək.

Qeyd edək ki, çempionatımızda hələ ki tacikistanlı futbolçu oynamadığından, Savankulov tarixə düşəcək.