AFFA-nın klublara yeni təklifinə İcraiyyə Komitəsində baxılacaq
19.07.2013 - 12:11
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası avqustda keçiriləcək. Apasport.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov qurumun üzvlərinin gələn ayın sonunda bir araya gələcəyini bildirib.
Belə ki, iclasın gündəliyində 2 əsas məsələ durur: “İcraiyyə Komitəsi növbəti mövsümdə I diviziondan yüksək liqaya 1, yoxsa 2 komandanın gəlməsi məsələsinə baxacaq. Digər məsələ odur ki, AFFA klublara öz nəzdində İcraiyyə Komitəsi kimi bir qurum, şura yaratmağı təklif edir. Onlar prezident kimi rəhbərlikdə yer alaraq, komandalarının oyunlarına gedəcək. Həmin qurumda ən azı 5-6 nəfər yer almalı və minimum 1-i futbol veteranı olmalıdır”.

0
0