Braziliyalı futbolçu “Qarabağ”a gəlir – FOTO
19.07.2013 - 12:23
Avroliqada ölkəmizi təmsil edən “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanacağı halda daha bir yeni futbolçunu UEFA-ya təqdim edə bilər. Apasport.az saytının Yunanıstanın sport.gr saytına istinadən verdiyi məlumata görə, braziliyalı Sumbinyo karyerasını Ağdam təmsilçisində davam etdirəcək.
Belə ki, 26 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Yunanıstanın “Aris” klubu ilə anlaşsa da, sonradan Saloniki təmsilçisinə keçmək istəməyib. Onun Avroliqada çıxış edən “Qarabağ”dan təklif alması fikrindən vaz keçməsinə və yunanlara “yox” deməsinə səbəb olub. Dünən “Aris”in prezidenti Dimitris İliadislə futbolçunun meneceri arasında gedən danışıq zamanı tam adı Marinaldo Sisero da Silva olan oyunçunun “Aris”də oynamayacağı dəqiqləşib.
Qeyd edək ki, ölkəsində “San-Paulu”, “Amerika-SP”, “Koritiba”, “Ponte-Preta”, “Riu-Klaru”da forma geyən Sumbinyo Yaponiyada “Kashima Antlers”, Portuqaliyada “Leyşonş” klublarında legioner həyatı yaşayıb. O, son 4 ili Yunanıstanın Pirey “Etnikos”u, “Olimpiakos”, “Panserraikos”, OFİ, “Levadiakos”, “Atromitos” klublarında keçirib. Son 4 komandada “Olimpiakos”dan icarə əsasında çıxış edib.

0
0