Millimiz Latviya yığması ilə yoldaşlıq görüşü keçirəcək
19.07.2013 - 13:05
Millimiz Latviya yığması ilə yoldaşlıq görüşü keçirəcək
Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası Latviyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Patrisia Qonsalesin çalışdırdığı millimiz latviyalı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirəcək. Riqadakı matç iyulun 28-də “Arkadia” stadionunda olacaq.

Qeyd edək ki, yığmamız Qəbələdəki təlim-məşq toplanışında Ukrayna ilə 2 yoxlama oyunu keçirib.