“Rəvan” “Bakı”nı məğlub edən komandaya uduzdu - YENİLƏNİB
20.07.2013 - 01:38
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” ötən gün 2-ci hazırlıq matçını keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Serbiya Superliqasının təmsilçisi “Donyi Srem”lə qarşılaşıb.
Görüşdə “Rəvan” rəqibinə 0:2 hesabı ilə məğlub olub.
1927-ci ildə “Borats Peçintsi” adı altında yaradılan, sonradan adını “Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən “Donyi Srem” həm də “Feyr-pley” mükafatının sahibi olub. Komandanı may ayından etibarən Lyubomir Ristovski çalışdırır.
Qeyd edək ki, 3 gün öncə “Bakı” bu komanda ilə yoxlama oyunu keçirib. Ancaq “zolaqlılar”ın 1:4 hesabı ilə darmadağın olduğu qarşılaşma sona kimi çatdırılmamışdı. Belə ki, görüşün sonlarında Rauf Əliyevlə serbiyalı yarımmüdafiəçi İqor Miladinoviç arasındakı mübahisənin böyüməsi sayəsində oyun yarımçıq dayandırılmışdı.
Yoldaşlıq oyunu
Rəvan (AZƏRBAYCAN) – Donyi Srem (Serbiya) - 0:2

0
0