“Neftçi” – “Şaxtyor” oyunu görünməmiş olayı gerçəkləşdirəcək
19.07.2013 - 14:56
Azərbaycan klubları Avropa miqyaslı yarışlarda ilk dəfə Qazaxıstan təmsilçisi ilə üzləşmək imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, bu, “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu”, Karaqanda “Şaxtyor”unun Belarus BATE-sinə qalib gələcəyi halda gerçəkləşəcək. Turnirin III təsnifat mərhələsinin az öncə keçirilən püşkündə bu cütdə rəqib olublar. Bakıdakı oyun qolsuz bərabərliklə nəticələnibsə, qazaxıstanlılar Belarusdan 1:0 hesablı qələbə ilə qayıdıb.
Belarus təmsilçisi ilə isə cəmi 1 dəfə bizə rəqib olub. Bu, 2011-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində AZAL-ın “Minsk” klubu ilə oyunları zamanı gerçəkləşib. Bakıda 1:1 hesablı bərabərlik edən belaruslular evdə qalib gələrək mərhələ adlayıb – 2:1.
Qeyd edək ki, “Neftçi”nin “Şaxtyor”la dueli baş tutarsa, Avropa klub turnirlərində üzləşmədiyimiz 11 ölkə qalır.

0
0