“Qəbələ” Avstriyada 4 yoxlama oyunu keçirə bilər
19.07.2013 - 16:05
“Qəbələ” Avstriyada 4 yoxlama oyunu keçirə bilər
Avstriyada hazırlıqlarını davam etdirən “Qəbələ” orda planlaşdırıldığı kimi 3 yox, 4 yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syomin yetirmələrini daha çox iş başında görmək istəyir.

Belə ki, sabah ilk yoxlama görüşünü keçirəcək “qırmızı-qaralar” iyulun 23-ü və 27-dən başqa, 26-da da oyun keçirməyi planlaşdırır. Rusiyalı məşqçi məhz toplanışın son 2 günündə “Qəbələ”nin keçirəcəyi matçlarla əsas heyəti müəyyənləşdirmiş olacaq.