“Sumqayıt” yağışda da məşq edir - FOTO
19.07.2013 - 17:37
“Sumqayıt” yağışda da məşq edir - FOTO
"Sumqayıt" Topaz Premyer Liqasının 2013/14 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün yağışlı havada məşqə çıxıb.

Məşqin əvvəlində taktiki hazırlıq üzərində çalışan “Sumqayıt” sonda ikitərəfli oyunla məşqi başa vurub. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə fərdi şəkildə məşq edib.

Qeyd edək ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabah Gürcüstanın elita klubu olan Martvili “Merani”si ilə üz-üzə gələcək. “Sumqayıt” qonşu Gürcüstandakı 3-cü yoxlama oyununu isə Lançxuti “Quriya”sına qarşı keçirəcək.