“Qəbələ”nin 2 rəqibi müəyyənləşdi
19.07.2013 - 17:55
“Qəbələ”nin 2 rəqibi müəyyənləşdi
Avstriya təlim-məşq toplanışı çərçivəsində “Qəbələ”nin 2 rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yenə Türkiyə Superliqasının təmsilçiləri ilə görüşəcək.

Belə ki, sabah planlaşdırılan oyundakı rəqibin adı bilinməsə də, “Qəbələ” iyulun 23-də “Gənclərbirliyi”, iyulun 27-də isə Superliqanın debütantı “Çaykur Rizəspor”la gücünü sınayacaq.

Qeyd edək ki, “Qəbələ” İsparta toplanışı zamanı da Superliqa klublarından “Trabzonspor” və “Antalyaspor”la üz-üzə gəlmişdi.