“Qarabağ”ın vurduğu ikinci qolu dəf etmək olardı”
19.07.2013 - 19:45
“Qarabağ”la oyunda özümü mühakimə etmək çətindir, amma mənim nöqteyi-nəzərimdən düşünmürəm ki, bu, bizim üçün çox pis oldu. Mən bu matç üçün mümkün qədər çalışdım. Bir neçə dəfə topu çətin tutmaq ola bilər. Bununla belə, mənim oyunumun son qiymətini məşqçi verəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Pyast”ın qapıçısı Yakub Şumski deyib.
21 yaşlı qolkiper qitə miqyaslı klub turnirində Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubuna 2:1 hesabı ilə məğlub olmalarına şərh verib: “Qarabağ” zəyif komanda deyil. Biz rəqibdən sərt oyun gözləyirdik və bu da belə oldu. Görüşdə sonuna kimi mübarizə aparırdıq və biz qələbə qazanmaq üçün gücümüzü 100% ortaya qoyduq. Əlbəttə, məğlubiyyət acıdır, çünki hesabda irəli olan zaman sonda meydanı məyus tərk edirsən. Oyundan qalib ayrılmağımız daha yaxşı olardı, amma cavab matçından əvvəl 2:1 hesabı pis nəticə deyil. Düşünürəm ki, “Qarabağ”ın vurduğu ikinci qolu dəf etmək olardı. Lakin zərbə yaxından vurulmuşdu. Burada bir az müdafiəçilər də sayıq oynamalı idi. Rəqib ikinci yarıya daha surətli başladı. Onlar topa daha çox sahib olurdular və təhlükəli hücumlar qurmağa davam edirdilər. Sonda qələbə qolunu da vurmağa müvvəfəq oldular”.

0
0