“Monako” heyətini daha bir müdafiəçi ilə gücləndirdi
19.07.2013 - 21:45
“Monako” heyətini daha bir müdafiəçi ilə gücləndirdi
“Monako” heyətini gücləndirməyə davam edir. Apasport.az saytının məlumatına görə, 2012-2013 mövsümündə aşağı diviziondan Fransa çempionatına yüksələn və transferlərə surətlə başlayan knyazlıq klubu bu dəfə Portuqaliya “Riu Avi”sindən müdafiəçi Fabio Enrike Tavaresi icarəyə götürüb.

Ötən mövsümüm Madrid “Real”ında icarə əsasında çıxış edən braziliyalı futbolçu “Monako” ilə 1 illik müddətinə razılaşıb.

Qeyd edək ki, Fransa təmsilçisi daha əvvəl Ceyms Rodriqes, Juan Motinyunu, Rikardo Karvalyo, Radamel Falkao, Ceremi Tulalan və Erik Abidal kimi məşhur oyunçularla güclənib.