Bu gün DÇ-2014-ün biletlərinin satışı başlayır
19.07.2013 - 23:01
Bu gün DÇ-2014-ün biletlərinin satışı başlayır
Bu gün 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının biletləri satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, biletlərin satışı təşkilatın rəsmi saytında Mərkəzi-Avropa vaxtı ilə saat 12:00-də başlanacaq.

Qrup mərhələsinin matçları üçün biletlərin minimal qiyməti 90 dollar təşkil edir. Turnirin açılış oyunu üçün isə biletlərin qiyməti 220 dollardır.

Braziliya sakinləri üçün ən ucuz biletin qiyməti qrup mərhələsinin (açılış oyunundan başqa) 48 görüşündən 47-ində 15 dollar təşkil edəcək. Belə qiymətlərə bileti yalnız tələbələr və 60 yaşdan yuxarı insanlar əldə edə biləcəklər.

DÇ-2014-ün oyunları üçün təxmin 3 milyon bilet satışa çıxarılacaq. Bunu isə azarkeşlər 3 mərhələ ərzində ala biləcəklər. Birinci mərhələ avqustun 20-dən oktyabrın 10-na kimi davam edəcək.