“Fənərbaxça”ya Lənkərana gəlməmişdən əvvəl növbəti xoş xəbər
19.07.2013 - 23:26
“Fənərbaxça”ya “Xəzər Lənkəran”la oyunöncəsi daha bir xoş xəbər yerli məhkəmədən gəlib. Apasport.az saytının məlumatına görə, İstanbul Anadolu 5-ci Asliye Məhkəməsi “sarı bülbüllər”in prezidenti Əziz Yıldırım və klubun idarə heyətinin 2 üzvü - Şekip Mosturoğlu ilə İlhan Ekşioğlu barəsində müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırma qərarını yenidən baxıb.
Sözügedən məhkəmə cəzanın qüvvədən düşüdüyünü açıqlayıb.
“Fənərbaxça” daha əvvəl UEFA bayrağı altında keçirilən turnirlərdən 2 illik kənarlaşdırılmışdır. Lakin sonradan Lozannadakı İdman Arbitraj Məhkəməsi onların UEFA-nın qərarının dayandırılmağı ilə bağlı şikayətini müsbət cavablandırıb.
Qeyd edək ki, bu gün axşam saatlarında istanbullular çarter reysi ilə Lənkərana gələcək. “Sarı bülbüllər”in “Fırtınalar meydanı”nda cənublularla oyunu sabah saat 21:00-da başlayacaq.

0
0