Rauf Əliyev dubl etdi
20.07.2013 - 02:07
Rauf Əliyev dubl etdi
“Bakı” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “zolaqlılar”ın ötən gün axşam məşqində Milinko Pantiç ikitərəfli oyun keçirib.

“Göy” və “Yaşıl” formalara bölünən komanda hər biri 40 dəqiqədən ibarət iki hissə oynayıb. Matç “Yaşıl” formalı komandanın böyük hesablı qələbəsiylə başa çatıb. Belə ki, “Yaşıl”lar “Göylər”in qapısından dörd cavabsız top keçirib.

Rauf Əliyev dubl edib, Cavid Hüseynov və Elvin Məmmədov isə hərəyə bir qol vurublar.