“Barselona”nın yeni məşqçisinin adı gələn həftənin əvvəlində açıqlanacaq”
20.07.2013 - 02:32
“Barselona”nın yeni məşqçisinin adı gələn həftənin əvvəlində açıqlanacaq”
“Barselona”ın prezidenti Sandro Rosel komandanın baş məşqçisi Tito Vilanova Kataloniya təmsilçisindən getməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri 44 yaşlı mütəxəssisin səhhətində problem yarandığını və onun əlavə müalicəyə ehtiyac duyduğunu vurğulayıb.

O bildirib ki, “Barsa”nın yeni çalıdırıcısı adı gələn həftənin əvvəlində açıqlanacaq: “Tito Vilanovanın əlavə köməyə ehtiyacı var. Ona görə də komandadan ayrıldı. Baş məşqçi kimi işini davam etdirməsi onun üçün qeyri-mümkündür. Yeni məşqçi isə növbəti həftənin əvvəlində təqdim ediləcək”.

Qeyd edək ki, Vilanova 2012-ci ildə Xosep Qvardiolanın komandadan ayrılmasındn sonra "Barselona"ya baş məşqçi təyin olunmuşdu. O, ötən mövsümün 2 ayını ABŞ xəstəxanasında keçirib. Həmin zaman onun qulaqyanı vəzinində şiş aşkarlanmışdı və Tito əməliyyatdan sonra müalicə kursu alırdı. Dünən isə o, komandadan getdiyini bildirib.