“Neftçi”nin potensial rəqibi ölkəsində rekordçudur
20.07.2013 - 03:40
“Neftçi” və BATE Çempionlar Liqasının II təsnifat mərhələsini keçərsə, III mərhələdə bir-biri ilə qarşılaşa bilər. Apasport.az saytı Borisov şəhərini təmsil edən klubun təqdimatını edir.
BATE-nin əsası 1973-cü ildə qoyulub və komanda 1996-cı ildə yenidən yaradılıb. Bu klub Borisov şəhərinin avtotraktor elektrik avadanlığı zavodunun futbol komandasıdır. BATE Belarusun ən tanınmış klublarından biridir. Onlar ölkə çempionatının 9, Belarus kubokunun 2 və Superkubokun isə 3 qat sahibidir və bu da ölkədə rekord göstəricidir. Bundan başqa, borisovlar Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələlərinə vəsiqə qazanmış ilk Belarus klubudur.
BATE-nin əsası qoulduqdan sonra BSSR çempionatının (D2) II qrupunun Şərq zonasında çıxış edib. Artıq I mövsüm BATE üçün uğurlu olub. Belə ki, komanda növbəti il Respublika çempionatında çıxış etmə hüququ əldə edib və növbəti mövsüm də (1974) çempion olub. Borisov klubu daha sonra 2 dəfə də (1976, 1979) bu uğuru qazanıb. Həmçinin onlar 1976-cı ildə “qızıl dubl” edib. Həm ölkə çempionu, həm də Belarus kubokuna sahib olan BATE 1981-ci ildə dağılıb.
1996-cı ildə yenidən yaradılan komanda 3 il sonra ölkə çempionu adını qazanıb. Həmin ildə (1999) isə BATE avrokuboklarda debüt edib. Borisov təmsilçisi ilk Belarus kubokuna isə yubiley ilində - 2006-cı ildə sahib olub. 2 ildən (2008) sonra onlar ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. H qrupunda güclü “Real”, “Yuventus” və “Zenit”lə mübarizədə BATE 6 oyundan 3 xal toplayıb və qrup sonuncusu olaraq, turnirlə vidalaşıb. Növbəti il (2009) isə “Neftçi”nin potensial rəqib Avropa Liqasında mübarizə aparıb. Burada isə BATE 7 xalla qrup 3-cüsü olmağı bacarıb.
Prezidenti Anatoli Kapski olan Borisov klubunda baş məşqçi funksiyasını Viktor Qonçarenko həyata keçirir. 36 yaşlı mütəxəssis 2008-ci ildən bu konmandanın “sükanı arxası”ndadır. Belarus yığmasına oyunçu verən BATE-də əsasən yerli futbolçular üstünlük təşkil edir. Legionerlər isə ermənistan və latviyalı oyunçulardır. Komanda ev oyunlarını 5500 tamaşaçı tutumu olan Borisov şəhər stadionunda keçirir.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubunu ilə evdə 0:0 hesablı bərabərə qalıb. BATE isə doğma azarkeşləri önündə Qazaxıstan “Şaxtyor”una uduzub - 0:1.

0
0