“Fənərbaxça” Lənkərana böyük hesablı qələbə ilə gəlir
20.07.2013 - 04:25
“Fənərbaxça” Lənkərana böyük hesablı qələbə ilə gəlir
Sabah “Fırtınalar meydanı”nda “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirəcək olan “Fənərbaxça” ötən gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Düzcə bölgəsində mövsüm hazırlığının II mərhələsini davam etdirən “sarı bülbüllər” burada I divizion təmsilçisi “Boluspor”la qarşılaşıb.

Görüşdə Əmrə Belözoğlu, Kristian Baronin, Pyer Vebo və Bəkir İrtegünün qolları sayəsində “Fənər” 4:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, “Boluspor” üzərində darmadağına sevinən “Fənərbaxça” oyundan sonra tam heyətlə İstanbula yollanıb. Bu gün axşam saatlarında isə Türkiyə klubu çarter reysi ilə Lənkərana gələcək. İstanbul təmsilçisinin “ağ-yaşıllar”la görüşü saat 21:00-da başlayacaq.