“Simurq” günü iki məşqlə tamamladı
20.07.2013 - 05:01
"Simurq" Avstriyada 2013/14 mövsümünə hazırlıqlarının III mərhələsini davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, təlim-məşq toplanışının proqramına uyğun olaraq ötən gün Kipr çempionu APOEL-lə yoldaşlıq görüşü keçirmək planı baş tutmayan Zaqatala klubu günü iki məşqlə tamamlayıb.
Səhər məşqində baş məşqçi Georgi Çixradze yetirmələrini çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və "kvadrat"dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb.
Axşam hazırlığının əvvəlində isə fiziki təmrinlər yerinə yetirildikdən sonra məşqin əsas hissəsinə keçilib. Taktiki tapşırıqlar məşq edilib. İki qrupa bölünərək qısa və uzun ötürmələr üzərində çalışılıb. Qapıya zərbələr yerinə yetirilib. Bundan sonra isə hər hissəsi 15 dəqiqədən ibarət ikitərfli futbol oynanılıb. Məşqin sonunda isə futbolçular mövqelərinə görə bölünüb. Müdafiəçilər köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında məşq etdiyi halda, hücumçular gürcüstanlı çalışdırıcı Georgi Çixradzenin nəzarətində müxtəlif ev tapşırıqları hazırlayıb, cərimə zərbələri vurub. İki saata yaxın davam edən məşq prossesi başa çatdıqdan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.
Komandanın ötəngünkü məşqini düşərgəyə yeni təşrif buyuran klub prezidenti Anar Bəkirovda yaxından izləyib.
Qeyd edək ki, "Simurq" bu gün də təlim-məşq toplanışının proqramına uyğun olaraq iki məşqlə hazırlığı davam etdirəcək.

0
0