“Simurq”a “atan” komanda almanlara məğlub oldu
20.07.2013 - 05:40
“Simurq”a “atan” komanda almanlara məğlub oldu
Dünən Avstriyada “Simurq”la yoldaşlıq görüşündə qarşılaşmaqdan imtina edən APOEL “Hoffenhaym”la üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, ötən il “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kipr klubu almanlarla bacarmayıb.

Belə ki, Çempionlar Liqasında mübarizəyə hazırlaşan Nikosiya təmsilçisi “Hoffenhaym”a darmadağın olub – 3:0.

Qeyd edək ki, Zaqatala klubu sözügedən ölkədə APOEL-lə ikinci yoxlama oyununu keçirməliydi. Lakin sonradan görüş baş tutmayıb.