“Bayrampaşaspor” azərbaycanlı futbolçu transfer etdi
20.07.2013 - 09:15
“Bayrampaşaspor” azərbaycanlı futbolçu transfer etdi
“Sumqayıt”ın yollarını ayırdığı daha bir futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin II liqasında çıxış edən “Bayrampaşaspor” Can Akgünün keçidini həll edib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Komanda növbəti mövsümdə qarşısına I liqaya çıxmaq vəzifəsi qoyub.

Can ötən çempionatda “Sumqayıt”ın heyətində 13 oyunda 752 dəqiqə meydanda olaraq 1 qol vurub, 3 sarı vərəqə alıb. Komanda ötən mövsümün qış fasiləsində Almaniyanın Regional Liqasından gələn Akgün orada yaşayan İğdır azərbaycanlısıdır.

Qeyd edək ki, “Sumqayıt”a lazım olmayan yarımmüdafiəçi Taner Taktak I liqa təmsilçisi “Fəthiyəspor”a keçib.