“Neftçi”nin potensial rəqiblərindən fərqli nəticələr
20.07.2013 - 10:13
“Neftçi”nin potensial rəqiblərindən fərqli nəticələr
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri ölkə çempionatlarının növbəti turunda fərqli nəticə göstəriblər. Apasport.az saytının məlumatına görə, BATE Balerus çempionatının XVIII turunda evdə Mogilyovun “Dnepr” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Meydan sahiblərindən qolları Sergey Krivets (22-ci dəqiqə), Maksim Boqdaçov (41-ci dəqiqə) və Artyom Kontsevoy (62-ci dəqiqə) vurub. BATE 90-ci dəqiqədə qapısında top görüb Borisov təmsilçisi xalının sayını 39-a çatdıraraq, 1 oyun az keçirən lider Soliqorsk “Şaxtyor”undan 3 xal geri qalır.

Belarusluların II təsnifat mərhələsində “Şaxtyor” isə Qazaxıstan çempionatda evdə həmin hesabla uduzub. Bu, XX turda “Ordabası” ilə ev oyununda gerçəkləşib. Karaqanda təmsilçisi yeganə qolu 90-cı dəqiqədə vurub. 28 xalı olan “Şaxtyor” 4-cü pillədə gedir və liderdən 15 xal geri qalır.

Qeyd edək ki, BATE ilk oyunda evdə “Şaxtyor”a 0:1 hesabı ilə uduzub.