“Fənərbaxça” Lənkərana 70-ə yaxın heyətlə gələcək
20.07.2013 - 11:01
“Fənərbaxça” Lənkərana 70-ə yaxın heyətlə gələcək
Bu gün “Fənərbaxça” klubu Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirməyə gələn Türkiyə vitse-çempionunu gətirən şəxsi təyyarə saat 20:45-də Lənkəran hava limanına enəcək. “Fənər” prezidenti Əziz Yıldırım başda olmaqla 70-ə yaxın nümayəndə heyəti ilə gələcək. Komanda əsas futbolçularını, Türkiyədən media mənsublarını gətirəcək.

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da oyunu izləmək üçün İstanbuldan gələcək. Onunla bərabər bir sıra türkiyəli qonaqların gəlməyi gözlənilir.

“Fənər” Lənkərana gec gələcəyindən, şəhər mərkəzi stadionunda bu gün yox, sabah səhər yüngül məşq edəcək. Saat 20:00-da isə beynəlxalq yoldaşlıq görüşü başlayacaq.