Lənkəranda futbol bayramı
20.07.2013 - 12:50
Sabah Azərbaycanda klub səviyyəsində növbəti beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin ən titullu klublarından olan “Fənərbaxça” “Xəzər Lənkəran”la onun meydanında yoldaşlıq görüşünə çıxacaq.
Bununla da ilk növbədə azarkeşlər üçün futbol bayramı bu dəfə Lənkəranda olacaq. Belə ki, aprelin 30-da “Bakı” ilə Madrid “Atletiko”su arasında Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündən sonra bu dəfə “Fırtınalar meydanı” Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısının oyununa şahid olacaq.
Əslində, “Fənərbaxça” vaxtilə ölkəmizə gələrək, klubumuzla oynayıb. Bu, 1994-cü olsa da, “Turan”la həmin matçların futbol tariximizdə öz yeri var. Ən azı ona görə ki, bu, Avropa miqyasında debütümüz idi. Onda Azərbaycan klubu Çempionlar Liqasından kənarda qaldığından, çempion olan Tovuz klubuna UEFA kubokunda oynamaq hüququ verildi.
“Fənər” İstanbulda 5:0, Sumqayıtda 2:0 hesabı ilə qalib gələrək, asanlıqla növbəti mərhələyə çıxdı. Bundan sonra Türkiyə klubu ilə qitə miqyaslı turnirdə sınağımız “Kəpəz”lə “Antalyaspor”un görüşü olub. 2000-ci ildə UEFA kubokunda həmin matçlarda da eyni hesabla qeydə alındı. Fərq şəhərlərdə idi ki, türkiyəlilər Bakıda 2:0, Antalyada 5:0 hesablı qələbəyə sevindi.
“Xəəzr Lənkəran” isə bunadək İstanbulda yoldaşlıq görüşü keçirib. Bu, “Beşiktaş”la “İsmət İnönü” stadionunda Oktay Dərəlioğlunun vida oyunu idi. Həmin matçda hücumçunun sabiq komandaları üzləşmişdi.
Təbii ki, sabahkı matç daha çox şou xarakterli, azarkeşlərin böyük marağına səbəb bir matç olacaq. İndi “Xəzər Lənkəran” daha çox Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə iyulun 25-də Lənkəranda keçirəcəyi cavab oyunu düşündürür. Gücünü həmin oyuna qoruyan lənkəranlılar üçün bu, 0:2 hesabı ilə uduzduğu İsrail klubu ilə matç öncəsi güclü rəqiblə yaxşı bir sınaq olacaq.
“Fənər” isə 5 gündə ardıcıl yoxlama oyunları keçirir. Dünən I liqa təmsilçisi “Boluspor”u onun meydanında 4:0 hesabı ilə məğlub edən komanda iyulun 24-də öz stadionunda Hollandiyanın PSV klubu ilə qüvvəsini sınayacaq. Çempionlar Liqasına buraxılmağı ilə bağlı xiş xəbəri püşkdən 1 gün öncə alan İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubu ilə matçlara hazırlaşır.
Qeyd edək ki, Lənkərandakı oyun saat 21:00-da başlayacaq.

0
0