Aleksandr Qleb: Onda III təsnifat mərhələsinə çıxmağa layiq deyilik
20.07.2013 - 13:49
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqiblərindən olan BATE-nin lideri Aleksandr Qleb turnirdə daha çox irəliləməyi düşünür. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Skenderbeu” cütünün qalibi ilə üzləşəcək Borisov təmsilçisi aparıcı futbolçu hələ növbəti rəqib haqda danışmağı tez sayaraq, bu mərhələni mütləq keçməli olduğunu qənaətindədir.
Belə ki, BATE ilk oyunda evdə Qazaxıstanın “Şaxtyor” klubuna 0:1 hesabı ilə uduzub. Üstəlik, iyulun 23-də cavab oyununun keçiriləcəyi Karaqandada meydança pis vəziyyətdədir.
Aleksandr bu haqda məlumatlı olduğunu bildirib: “Ancaq nə etmək olar? İndiki vəziyyətdə ən yaxşı keyfiyyətlərini göstərməlisən, meydanda bütün gücünü qoymalısan. İstənilən halda, geriyə yolumuz yoxdur. Əgər biz Karandada 1 qol belə vurmasaq...Onda kim qol vurmalıdır? Belə komandanı yenməyəcəyiksə, onda həqiqətən növbəti mərhələyə çıxmağa layiq deylik”.

0
0