“Skenderbeu” “Neftçi” ilə cavab oyununa niyə bilet satmır?
20.07.2013 - 14:00
“Skenderbeu” “Neftçi” ilə cavab oyununa niyə bilet satmır?
Albaniyanın “Skenderbeu” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə ev oyununa bilet satışını hələ də həyata keçirməyib. Apasport.az saytının məlumatına görə, Bakıdakı qolsuz bərabərlikdən sonra mərhələ keçməyi inamı artan azarkeşlər iyulun 23-də Korçada cavab oyununa bilet almaq üçün satış mərkəzlərinə üz tutsa da, istəyinə çata bilmir.

Klub rəhbərliyi isə hələ problemlə bağlı rəsmi açıqlama verməyərək, biletlərin nə vaxt satışa buraxılacağını, qiymətləri bildirmir. Ancaq albaniyalılar oyuna böyük maraq olduğundan, biletlər satışa çıxarılan kimi onların matça kimi alınaraq, 7000 minlik tribunaların dolacağını düşünürlər.