“Skenderbeu”nun prezidenti “Neftçi”ni keçməyin qarşılığında mükafatı açıqladı
20.07.2013 - 14:23
“Skenderbeu”nun prezidenti “Neftçi”ni keçməyin qarşılığında mükafatı açıqladı
Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni keçmələrinin qarşılığında verəcəyi mükafatın məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Takay III təsnifat mərhələsinə çıxacaqları halda komandaya 100 min avro mükafat vəd edib.

Onun sözlərinə görə, Bakıdakı qolsuz bərabərlikdən sonra yaxşı əhval-ruhiyyədədirlər: “Komandamız çox yaxşı formadadır. Əlbəttə, öz meydanımızdakı cavab oyununda qələbə qazanmaq üçün daha çox şey edəcəyik. Şübhəsiz ki, “Neftçi” kimi güclü komanda ilə üzləşmişik. Ancaq ilk oyun göstərdi ki, mərhələ keçə bilərik və bəxt də kömək olmalıdır. Əgər komandamız tarix yazsa, onda mükafatlar lazımı məbləğdə olacaq. Məndən bir prezident kimi komandaya 100 min avro mükafat gedəcək. Bizim III mərhələyə çıxmağa bütün imkanlarımız var, bunu gerçəkləşdirməyə çox yaxınıq. Bunun üçün yetərincə diqqətli olmalıyıq”.