“Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq”
20.07.2013 - 15:00
“Skenderbeu”nun baş məşqçisi Mirel Yosa “Neftçi” ilə Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyunu öncəsi Albaniyada mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Bakıda qolsuz bərabərliklə nəticələnən ilk oyun, iyulun 23-də Korça keçiriləcək təkrar matç haqda fikirlərini bildirən mütəxəssis azərbaycanlı jurnalistlərin futbolçularının tez-tez yerdə uzanaraq, aktyorluq etmələri ilə bağlı dediklərinə də münasibət bildirib.
- Bakıdakı nəticə komandanız üçün nə dərəcədə dəyərlidir?
- Mənim üçün ən böyük nəticə komandanın təlim-məşq toplanışının əvvəlindən bu günə kimi işləməyidir. Bundan əlavə, keçirilən matçlarda futbolçuların birgə əziyyət çəkmələri faktdır. Əgər siz oyunçularınıza inanmasınız, onda nəticəyə iddia edə bilməzsiniz. Məqsədə gəlincə, bizim şansımız var və artıq əvvəl dediyim ki, həmişə uğura ümid edirik.
- Siz oyununuzda nəyə əmin oldunuz?
- Bu, komandamız üçün yaxşı matç oldu. Ola bilər ki, uduzar, yaxud udardıq. Futbolçularımız bütün matç boyu təzyiq altında oynadı. Bununla belə, biz Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq. Çünki qarşıda oynamaq üçün daha bir 90 dəqiqə var. Rəqib səviyyəli komandadır və səfərdəki bərabərlikdən sonra bir az üstünlüyümüz var.
- Komandanızın cavab matçından ilk dəqiqələrdən hansı oyununu görmək olar?
- Bakıda 100 faiz gücümüzü qoyduq. Gözlənildiyi kimi, orda meydan sahibləri daha çox hücum edirdi. Ancaq mən sevinirəm ki, komandamız da hücum edir, qol imkanları yaradırdı. Bu, xüsusilə ilk hissədə oldu. Son nəticəyə daha çox diqqətimizi cəmləşdirməliyik. Onu nəzərə almalıyıq ki, biz Avropada təcrübəsi olan çox güclü komanda ilə düşmüşük. “Neftçi”nin heyətində yetərincə səviyyəli futbolçular var. Buna baxmayaraq, biz komanda şəklində mərhələ keçməyə diqqətimizi yönəltmişik.
- Komandanın xarakteri özünü göstərəcək?
- Bizim 4-1-4-1 taktiki sxemi ilə oynamağımız rəqibin hücumlarını gözləməyimiz demək deyil. Onu bilməlisiniz ki, bu sxem hücum etməyə də yüksək prioritet verə bilər. Buna rəğmən, qarşıdakı günlərdə necə işləyəcəyimizi görəcəyik.
- Bakıdakı 0:0 hesabı sizin üçün nə dərəcədə sərfəli nəticədir?
- Mən onu deyə bilərəm ki, bu, münasib nəticə deyil. Ancaq nəticə mərhələ keçmək perspektivi verir. Biz çox yaxşı bilirik ki, buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq. Buna görə də ehtiyatlı olmalıyıq.
- Bakıdakı azarkeşlərin doğma komandalarını necə dəstəkləmələri sizi təəccübləndirdi?
- Bu, hamı üçün təəccüblü olmadı. Onların öz komandalarını dəstəkləmələri sürpriz deyil. Bunun normal olduğu məlumdur. Mən çox şad olardım ki, öz azarkeşlərimiz də bizi belə formada dəstəkləsinlər. Mən öz tərəfdarlarımıza inanıram və cavab matçında onların dəstəyini gözləyirik.
- Azərbaycan mətbuatında deyilir ki, futbolçularınız ilk oyunda meydanda yerdə bilərəkdən uzanır, vaxtı uzatmaqla bağlı göstərişinizə əməl edirdi...
- Mən heç vaxt futbolçularımı öyrətməmişəm ki, meydanda belə şey etsinlər. Ancaq bu, yalnız orda yox, hər yerdə olur. Azərbaycandakı mətbuat istədiyini deyə bilər. Məsələ ondadır ki, biz belə yox, təmiz futbol oynayırdıq.
- Komandanız ilk hissədə yaxşı oynasa da, sonradan oyunun səviyyəsi aşağı düşdü. Niyə bu, baş verdi?
- Bu, qətiyyən yorğunluqla bağlı deyildi. Hərçənd “Neftçi” ikinci hissədə qapımızda daha çox hücum etdi, ön xətdə 5 futbolçusu vardı. Mən də komandanın lazımı tempdə oynamağını saxlamaq üçün risk etmək istəmirdim. Çünki istənilən halda, nəticə qazanmalı idik. Bunun səbəbini rəqibin say üstünlüyündə axtarmaq lazım deyil.
- Biz ilk oyunla daha hücum edən komandanızı görə biləcəyik?
- Mən komandanı tam hazırlamaq üçün hər şey edəcəyəm. Əlbəttə, nəticə qazanmaq üçün hücum etməliyik. Ancaq müdafiədə də ehtiyatlı olmalıyıq. Hələ ki heyətlə bağlı bir şey deyə bilmərəm. Çünki 1, yoxsa 2 hücumçu ilə oynayacağıma hələ qərar verməmişəm. Biz Morina ilə Peyiçin hansı vəziyyətdə olmalarına bu günlərdə baxıb, sonra qərar qəbul edəcəyik.

0
0