Subaşiç üçün “Orduspor”da əsas heyətə düşmək şansı
20.07.2013 - 15:57
Subaşiç üçün “Orduspor”da əsas heyətə düşmək şansı
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Türkiyənin “Orduspor” klubu hazırlığın ikinci mərhələsi ilə bağlı planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, I liqa komandasının baş məşqçisi Erkan Sözeri bu gün Boluda təlim-məşq toplanışına başlayacaqlarını söyləyib.

Onun sözlərinə görə, Subaşiçin da yer aldığı heyətdə 22 futbolçu var: “Ordudakı toplanışımızı ötən günlərdə tamamladıq. Olduqca faydalı keçən bu hazırlığın ardından indi də Boluda ikinci toplanışımız başlayacaq. Burada 32 futbolçu yer alacaq. Ancaq burada oynayacağımız hazırlıq matçlarında ilk 11-liyi, 18 və 25 nəfərlik heyətimizi də müəyyənləşdirmiş olacağıq”.

Çalışdırıcı bildirib ki, ikinci mərhələdə 5-6 matç oynayıb, əsl heyəti bilməyə çalışacaqlar: “Bir növ bu toplanış bizim üçün oyunçu səviyyəsi baxımdan diqqət çəkici olacaq. Buradakı toplanışımız daha çox taktiki planda keçəcək və o üzdən Bolu hazırlığını çox önəmli sayırıq”.