“Neftçi”nin potensial rəqibi Avropada yalnız 1 dəfə mərhələ adlayıb
20.07.2013 - 16:27
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərindən olan “Şaxtyor” Qazaxıstan futbol tarixində rekorda malikdir. Apasport.az saytının məlumatına görə, rəngləri çəhrayı, qara və ağ olan Karaqanda təmsilçisi ölkəsinin yüksək liqasını tərk etməyən 2 komandadan biridir. Digəri Pavlodarın “İrtış” klubudur.
1958-ci ildə yaradılan “Şaxtyor” son 2 mövsümün çempionudur. SSRİ çempionatında aşağı dəstədə çıxış edən komanda tarixində ən böyük hesablı məğlubiyyətlərindən birini 2005-ci ildə məhz “İrtış”dan alıb – 1:6. Ən böyük hesablı qələbəsi 2008-ci ildə ölkə kubokunda 11:0 olan karaqandalılar 3 dəfə çempionatın bürünc medalına yiyələnib. Bunlar 1995, 2007 və 2009-cu illərə təsadüf edir. 2009 və 2010-cu illərdə dalbadal 2 dəfə ölkə kubokunun finalına çıxan komanda hələ bu titula sahib çıxmasa da, bu il tarixində ilk dəfə ölkə Superkubokunu qazanıb.
Avropada 2006-cı ildən çıxış edən “Şaxtyor” İntertoto, UEFA kuboku, onun 2009-cu ildən adlandırıldığı Avropa Liqası və Çempionlar Liqasında oynayıb. Qitə miqyaslı turnirdə keçirdiyi 13 oyunda 4 qələbəsi, 6 məğlubiyyəti olan, 3 dəfə heç-heçə edən rəqib yalnız 1 dəfə mərhələ adlayıb. Bu, 2011-ci ildə Avropa Liqasında Sloveniya “Koper”ini keçdikləri zamanı olub – evdə 2:1, səfərdə 1:1. “Şaxtyor” ev oyunlarını eyniadlı 19 minlik stadionunda keçirir. O, Qazaxıstanda ən çox azarkeş gələn arenalardandır.
Baş məşqçi Viktor Kumıkovun sərəncamındakı futbolçuların çoxu yerli olduğundan, legionerlər azdır. Onlar arasında bu il Donetsk “Metallurq”undan alınan erməni futbolçu Qevorq Kazaryan da var. 25 yaşlı hücumçu 2007-ci ildən çıxış etdiyi millisində 28 oyunda 8 qol vurub.
Qeyd edək ki, karaqandalılar II təsnifat mərhələsinin ilk oyununda Belarusda BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

0
0