Millimizin üzvü oynadı, komandası qazandı
21.07.2013 - 00:36
Rusiya Premyer Liqasında mübarizə aparan klubların II komandaları arasında keçirilən ölkə çempionatında növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, millimizin şərəfini qoruyan Ruslan Abışovun klubu “Rubin”in əvəzedici komandası “Zenit”lə qarşılaşıb.
Kazanda keçirilən oyunda meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub edib. “Rubin”in qələbə qazanmasında təmsilçimizin də rolu böyük olub. Belə ki, Abışov meydana ikinci hissədə daxil olub. İlk yarıda hesabı açan tatarıstanlılar ikinci qolu məhz Ruslanın meydanda olduğu dəqiqələrdə vurub.
Qeyd edək ki, bu gün “Rubin”inin əsas komandası “Zenit”lə üz-üzə gələcək. Bu matçda isə Abışovun meydana çıxması sual altındadır.

0
0