“Fənər” “Xəzər Lənkəran”ı “yandırdı” - YENİLƏNİB
21.07.2013 - 21:55
Ölkəmizi Avropa Liqasında təmsil edən “Xəzər Lənkəran” bu gün 3-cü yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, cənubluların növbəti layihəsi çərçivəsində “ağ yaşıllar” Türkiyə nəhəngi “Fənərbaxça” ilə yoldaşlıq görüşü keçirib.
Almaniya hazırlığında yerli “İnqolştadt 04”ün ikinci komandası (6:1) və Maltada “Birkirkara” (1:1) ilə qarşılaşmadan sonra Lənkəran təmsilçisi bu dəfə rəqibi ilə doğma azarkeşləri önündə - “Fırtınalar meydanı”nda üz-üzə gəlib.
Görüşdə baş məşqçi Con Toşakın yetirmələri “sarı bülbüllər”ə darmadığın olub. Belə ki, sabiq FİFA referimiz Vüsal Əliyev idarə etdiyi matçda istanbullular hər hissədə 2 qol vuraraq meydanda qalib ayrılıb - 0:4.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyun günündə İsrailin “Makkabi” klubu ilə qarşılaşıb və Hayfa şəhərində keçirilən birinci görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandalar arasında baş tutacaq cavab qarşılaşması isə iyulun 25-də, saat 21:00-da Lənkəranda keçiriləcək.
Yoldaşlıq oyunu
21 iyul
“Xəzər Lənkəran” (AZƏRBAYCAN) - “Fənərbaxça” (Türkiyə) - 0:4
QOLLAR: Mixal Kadlets, 4, Pyer Vebo, 45, Mehmet Topuz, 89, Raul Meyreleş, 90+3
Lənkəran. Mərkəzi şəhər stadionu
Baş hakim: Vüsal Əliyev
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 16. Adrian Pit, 9. Uğur Pamuk, 27. Adrian Skarlatake, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 10. Elnur Abdullayev, 12. Junior Nildo
Ehtiyat oyunçular: 30. Toni Doblas, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, Ağabala Ramazanov
Baş məşqçi:Con Toşak
FƏNƏRBAXÇA: Volkan Dəmirəl, Bəkir İrtegün, Yozef Yobo, Bruno Alveş, Mixal Kadlets, Alper Potuk, Semuel Holmen, Emre Belözoğlu, Dirk Kuyt, Pyer Vebo, Miroslav Stok
Ehtiyat oyunçular: Mert Günok, Səlcuk Şahin, Kristian Baroni, Mehmet Topuz, Sərdar Kesimal, Sərkan Kırıntılı, Əli Kaldırım, Mehmet Topal, Miloş Krasiç, Raul Meyreleş, Musa Sou, Caner Erkin.
Baş məşqçi: Ərsun Yanal

0
0