“Fənərbaxça”ın idarə heyəti Lənkəran stadionunda - FOTO
21.07.2013 - 16:03
“Xəzər Lənkəran”la yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn “Fənərbaxça” dünən axşamdan artıq Lənkərandadırlar. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Türkiyə təmsilçisini gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına endi və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollanıb.
Bu gün isə “Fənərbaxça”ın baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.
“Fənərbaxça”ın baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini edib və idarə heyəti ilə birgə cənubluların baş məşqçisi Con Toşakı iş otağında ziyarət ediblər. Buradan isə qonaqlar “Palsüd” zavoduna gedərək zavodun iş şəraiti ilə tanış olublar.

0
0