“Sumqayıt” Gürcüstanda növbəti qələbəsinə sevindi - FOTOSESSİYA - VİDEO
21.07.2013 - 16:22
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə ikinci yoxlama görüşünə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gəlib.
Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt"ın heyətində Nurlan Novruzovla Vüqar Əsgərov fərqlənib.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqa təmsilçisi “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabı ilə qalib gəlmişdi. Komandamız Gürcüstandakı 3-cü yoxlama oyununu isə iyulun 22-də "Quriya Lançxuti"yə qarşı keçirəcək.

0
0