Abışov meydana çıxmadı, “Rubin” “Zenit”ə qalib gəldi
21.07.2013 - 16:48
Abışov meydana çıxmadı, “Rubin” “Zenit”ə qalib gəldi
Bu gün Rusiya Premyer Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” evində ilk matçına çıxıb.

Yığmamızın üzvünün komandası doğma publika önündə “Zenit”i qonaq edib. Görüşdə hesabı erkən qolla Sankt-Peterburq təmsilçisi açsa da, sonda Kazan klubu 2 top vuraraq 3 xal qazanmağa müvəffəq olub – 2:1.

Bu matçda Abışov meydana çıxma şansı əldə etməyib. O, görüşü sona qədər ehtiyat oyunçular skamyasında keçirib.

Beləliklə, 2 oyundan 4 xal toplayan “Rubin” turnir cədvəlində “Kuban”, “Amkar, “Lokomotiv” və “Dinamo” ilə 1-5-ci yerləri bölüşürlər.

Qeyd edək ki, Ruslan ötən gün Tatarıstan klubunun əvəzedici komandasının heyətində “Zenit”ə (2:0) qarşı matçda 2-ci hissədə forma geyinmişdi.