“Rəvan” Sloveniyada hazırlıqlarını davam etdirir
21.07.2013 - 18:10
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” məşqlərə ara vermir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, oyun olmayan tarixlərdə gündə iki dəfə məşq edən komanda belə desək, fiziki yüklənməyə alışır.
Bu gün səhər məşqi fiziki hazırlığın yüksəldilməsinə hesablanıb. Axşam çalışmalarında isə futbolçular taktiki-texniki hazırlıqlarını yüksəltməyə çalışıblar. Məşq əllə top oynamaqla başlayıb. Ardından yüngül fiziki təmrinlər yerinə yetirən futbolçular "slalom”u dəf edib qapıya zərbələr vurub. Təktoxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik prosesdən sonra qapıya zərbələr üzərində iş gedib. Hazırlıq iki tərəfli oyunla yekunlaşıb. "Yaşıllar” "ağlar”ı 6:5 hesabı ilə üstələyib.

0
0