“Bakı” “Udineze” ilə sülhə razılaşdı - YENİLƏNİB
22.07.2013 - 00:03
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” bu gün 5-ci - sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, serbiyalı baş məşqçi Milinko Pantiçin yetirmələri bu dəfə İtaliyanın iddialı komandalarından biri olan “Udineze” klubu ilə qarşılaşıb.
“Zolaqlılar”ın Apenin təmsilçisi ilə görüşü Avstriya sərhəddinə yaxın yerləşən İtaliyanın Tolmetso şəhərciyində baş tutub. Görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bakılılar bundan öncə Avstriyada keçirdikləri 4 oyunun 3-də qalib gəlib və 1-ində isə uduzublar. Belə ki, paytaxt klubu yerli “Helmaqor”la “Penik”i 3:1 və 8:0, Sloveniyanın SPİNS klubunu 2:1 hesabı ilə məğlub edib. Serbiya “Donyi Srem”i ilə matçda isə darmadağın olublar - 1:4.
Yoldaşlıq oyunu
21 iyul
“Udineze” (İtaliya) – “Bakı” (AZƏRBAYCAN) – 1:1
BAKI: 1. Edin Nureddinoski, 2. Deividas Çesnauskis, 4. Aqil Nəbiyev, 5. Georgias Pelageas, 6. Vadim Abdullayev, 8. Lukas Horvat, 10. Aleksandar Şoliç, 11. Rauf Əliyev, 12. Cavid Hüseynov, 15. Mindauqas Kalonas, 18. Yure Trauner

0
0