“Barselona” Tito Vilanovanın əvəzləyicisini tapdı
21.07.2013 - 20:50
“Barselona”nın sabiq baş məşqçisi Tito Vilanovanın səhhəti ilə əlaqədar komandadan gedişindən sonra boş qalmış posta əsas namizəd müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırda Paraqvay millisinin sabiq çalışdırıcısı Xerardo Martino Kataloniya təmsilçisinin “sükanı arxası”na əsas iddiaçıdır.
Belə ki, “Barsa”nın idman direktoru Andoni Subisarreta və komandanın direktoru Raul Sanllexi hazırda Argentina “Nyuells Old Boyz”unun baş məşqçisi olan 50 yaşlı mütəxəssislə danışıqlar aparmaq üçün bu gün paytaxt Buenos-Ayresə yola düşəcək. Artıq tərəflər arasında ilkin danışlıqlar baş tutub.
Qeyd edək ki, “Barselona”nın hücumçusu Lionel Messi Martinonun namizədliyini dəstəkləyib. Bundan başqa, 26 yaşlı futbolçunun atası da Xerardonun pərəstiş edir.

0
0