“Qarabağ”ın rəqibi çempionata qələbə ilə başladı
21.07.2013 - 22:20
Bu gün Polşa çempionatında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Pyast” ölkə birinciliyində ilk oyununu keçirib.
Qlivitsa təmsilçisi səfərdə “Krakovia” ilə münasibətlərinə aydınlıq gətirib. Matçda ağdamlıların rəqibi meydan sahiblərini məğlub edərək, çempionata qələbə ilə başlayıb – 2:3.
“Pyast”ın heyətində 26-cı dəqiqədə Ruben Jurado və 58-65-ci dəqiqələrdə Damian Zbozien dubl edib.
Qeyd edək ki, “Pyast” - “Qarabağ” oyunu iyulun 25-də Polşada keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda baş məşqçi Qurban Qurbaovun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

0
0