Rövnəq Abdullayev: Bu, “Xəzər Lənkəran” üçün məşq idi
21.07.2013 - 22:37
AFFA prezidenti Rövnəq Abdullayev “Xəzər Lənkəran” və “Fənərbaxça” arasında keçirilən yoldaşlıq görüşü barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, assosiasiya başçısı istanbulluların 4:0 hesabı ilə qələbə qazandığı matçın maraqlı keçdiyini bildirib: “Maraqlı oyun oldu. Bu, “Xəzər Lənkəran” üçün məşq idi. Ümumiyyətlə, klublarımız belə tanınmış komandalarla oyunlarda təcrübə qazanırlar. Futbol bacarıqlarını artırırlar”.
0
0