Ərsun Yanal: Nəticə komandam üçün vacib deyildi
21.07.2013 - 22:51
Ərsun Yanal: Nəticə komandam üçün vacib deyildi
“Bizim üçün çox gözəl oyun oldu. 4 qol vurulubsa, matçın maraqlı keçdiyini söyləyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal deyib.

İstanbul təmsilçisi az öncə qarşıdan gələn 10 illik yubileyi münasibətilə “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirib və 4:0 hesablı qələbə qazanıb.

Stadiondakı ab-havadan razı qaldığını bildirən Yanal Lənkəranda gördüklərindən razı qalıb: “Stadionu çox bəyəndim. Sevinirəm ki, qardaş ölkədə belə baza, şərait var.
Oteldən tutmuş aeroportadək bizi çox yaxşı qarşıladılar. Buna görə, “Xəzər Lənkəran” rəhbərliyinə təşəkkür edirəm. Nəticəyə gəlincə, bu, bizim üçün vacib deyildi. Komandam yaxşı oynadı. Yeni mövsümə hazırlıq öncəsi bizim üçün vacib görüş idi. Düzdü, son günlər başımız UEFA-nın qərarlarına qarışmışdı. Amma sonda CAS bizi sevindirdi”