Bledi Şkembi: “Neftçi”ni məğlub edəcəyik - MÜSAHİBƏ
21.07.2013 - 23:15
Bledi Şkembi: “Neftçi”ni məğlub edəcəyik - MÜSAHİBƏ
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda “Neftçi” ilə qolsuz heç-heçə edən Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembinin müsahibəsi

- Bakıdakı görüşdə qeydə alınan 0:0 hesablı bərabərlik sizə sərf edir?
- Fikrimcə, yaxşı nəticədir. Nəticədən razı qaldıq. İndi cavab matçına hazırlaşırıq. Hər şey hazırlıqdan başlanır. İlk görüşdə olduğu kimi. Əminik ki, doğma azarkeşlər önündə inamlı çıxış edib, layiqli qələbə qazanacağıq.

- İlk oyundan sonra “Skenderbeu” növbəti mərhələyə daha yaxındır?
- Belə deməzdim. Çünki “Neftçi” yaxşı komandadı və əla keyfiyyətlərə malikdir. İlk oyunda biz etdiyimizi rəqib də edə bilər. Növbəti mərhələyə keçmək üçün şanslar bərabərdir.

- “Neftçi” ilə görüşdə komandanızın oyunundan razı qaldınız?
- Düşünürəm ki, hər şey yaxşı qurtardı. Qapımızı toxunulmaz saxladıq. Ümumilikdə, oyunumuz yaxşı alındı. Rəqiblə əla mübarizə apardıq. Bunu yaddan çıxarmaq lazım deyil: Hələ heç nə bitməyib. Bakıda “Neftçi”ni cəzalandırmalı idik. Etiraf etməliyəm ki, onlar bizi üstələyirdi. Qapıçımız Orqes Şehi yaxşı oynadı.

- Evdəki 90 dəqiqədən sonra nə gözləyirsiniz?
- Biz bu problemin əhəmiyyətini tamamilə hiss etmək məcburiyyətindəyik və deyə bilərəm ki, bu, karyeramın ən önəmli 90 dəqiqəsi olacaq. İlk matçda oynadığımız oyunu yenə göstərəcəyik. “Neftçi”ni məğlub etmək üçün 200 faiz əlimizdən gələni edəcəyik. Biz buna nail olsaq, Çempionlar Liqasının son mərhələsinə keçmək xəyallarımızı reallaşdıracağıq.

- Azərbaycan mətbuatı komandanızı tənqid edirdi ki, siz meydanda aktyorluq edirdiniz. Bu, həqiqətdir?
- Hər komandanın öz oyun stili var. Lakin biz sadəcə, bir müddət film nümayiş etdirmədik. Futbol oynayırdıq və hətta gözəl çıxış etdik. Onlar bunu deyə bilərlər. Çünki öz komandaları məyus olmuşdu. Mətbuat konfransında demişdim ki, rəqibə hörmət bəsləyir amma onlardan qorxmuruq.

- Bu il “Skenderbeu” Çempionlar Liqasının növbəti mərhələsinə çıxa biləcəkmi?
- İnanıram və ümid edirəm ki, neçə illik xəyallarım reallaşacaq. Bu il bizim ilimizdir.