“İlk qolumu “Xəzər Lənkəran”a vurdum , çox xoşbəxtəm”
21.07.2013 - 23:31
“İlk qolumu “Xəzər Lənkəran”a vurdum , çox xoşbəxtəm”
“Xəzər Lənkəran”la oyun gözəl alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın yeni transferi Mixal Kadlets deyib.

Çexiyalı futbolçu “Xəzər Lənkəran”la keçirilən yoldaşlıq görüşündə qazandıqları 4:0 hesablı qələbədən danışıb.

Matçın 4-cü dəqiqəsində hesabı açan Kadlets “Fənər”də ilk qolunu vurub: “İlk qolumu “Xəzər Lənkəran”a vurdum, çox xoşbəxtəm. Klubumun uğuru üçün çalışıram. Əsas odur ki, komandamın qələbə qazansın. Oynadığımız son 2 matçda qalib gəldik. Buna çox sevinirik. Hazırda yeni mövsümün hazırlıqları davam edir. İndiyə qədər heç bir futbolçu 100 faiz hazır deyil. Hamımız əlimizdən gələni edib, çalışırıq. Qarşıda “Zalsburq”la oyunumuz var. Hazırlığımıza dava edəcəyik”.