“Xəzər Lənkəran”la görüşdə də yaxşı nəticə əldə etdik”
21.07.2013 - 23:55
“Hər mövsümün əvvəli hər bir komandada olduğu kimi, bizdə də adaptasiya dövrü olur. Yayda iki yoldaşlıq oyunu keçirdik. İlk matçda olduğu kimi, “Xəzər Lənkəran”la görüşdə də yaxşı nəticə əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın müdafiəçisi Bəkir İrtəgün deyib.
O, ötən gün İstanbul klubunun “Xəzər Lənkəar”la keçirilən yoldaşlıq görüşündə təmsilçilərimizi 4:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bir müddətdən sonra Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparacağıq və güclü bir komanda ilə qarşılaşacağıq. Yaxşı çıxış etmək üçün çalışırıq”.

0
0