Arif İsayev və Saşa Yunisoğlu “başsız” qaldı
22.07.2013 - 00:24
Arif İsayev və Saşa Yunisoğlu “başsız” qaldı
Millimizin üzvü Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduqları “Dənizlispor” “başsız” qalıb. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun baş məşqçisi Özcan Bizati istefa verib.

O, I liqa təmsilçisinin futbol şöbəsinin rəsmiləri ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Qeyd edək ki, Bizati ötən mövsümün 2-ci yarısında Dənizli klubundan istefaya göndərilən Səlahəttin Dərvənti əvəzləyib. Türkiyəli mütəxəssis təmsilçilərimizin komandası ilə bu mövsümün sonuna kimi müqavilə imzalamışdı.