Fərid Quliyev yeni komandasının heyətində ilk oyununu keçirdi
22.07.2013 - 01:00
Fərid Quliyev yeni komandasının heyətində ilk oyununu keçirdi
Milli komandamızın və “Kəpəz”in sabiq üzvü Fərid Quliyevin yeni komandası “Kahramanmaraşspor”un heyətində debüt edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Şanlıurfaspor”la görüşdə forma geyinib.

Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Quliyev isə PTT I liqası təmsilçisinin yeni mövsümə hazırlıq məqsədi ilə keçirilən ilk ciddi matçında meydana ikinci hissədə daxil olub. Lakin Fərid “Kahramanmaraşspor”un heyətində fərqlənə bilməyib.

Qeyd edək ki, Quliyev iyulun 20-də Kahramanmaraşspor”la rəsmi müqavilə imzalayıb.